Əgər savaş davam edərsə, biz Ermənistanın bütün ordusunu məhv edəcəyik – İlham Əliyev

14:52 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Ermənistanın pul ehtiyatı 1,5 milyard dollardır, vəssalam, onun başqa pulu yoxdur.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin “Habertürk” kanalına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır.

"Yəni bu ölkə iflas edib. Hardandır bu qədər silah? Bu, hələ məhv edilənlərdir, hələ nə qədəri məhv ediləcək. Əgər savaş davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik. Onlar nə qədər tez dayansalar, o qədər tank, top qoruya bilərlər. Rusiyanın Ermənistanda hərbi bazası var, orada 5 min əsgər var. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yox. Ermənistanın sərhədlərini Rusiya sərhədçiləri mühafizə edir. Azərabycan sərhəddində Türkiyə sərhədçiləri var? Yox. Ona görə qoy bizi heç kim ittiham etməsin. Necə deyərlər, açarıq sandığı, tökərik pambığı” deyə İ. Əliyev qeyd edib.

 

Other news