Fitch Ratings hesabat yaydı – Ermənistanı yoxsul ölkə adlandırdı

15:04 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. Azərbaycanın dollar istiqrazları Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistan istiqrazlarına nisbətən daha yaxşı vəziyyətdədir, bu da neft və qaz sərvətləri ilə Bakının bu böhranın daha yaxşı öhdəsindən gələ biləcəyini göstərir.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings”in hesabatında bildirilib.

Məlumatda qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan ərazilər uğrunda sentyabrın 27-dən etibarən döyüşlərin başlaması ilə hər iki dövlətin istiqrazlarının gəirliliyi aşağı düşüb. Ancaq adambaşına düşən gəlirə görə yoxsul ölkə olan Ermənistanda daxili problemlərlə bağlı bu ölkənin istiqrazları daha çox dəyərdən düşüb.

Münaqişə ərəfəsində sentyabrın 21-dən bəri Azərbaycanın 2024 və 2029-cu illərədək tədavül müddəti olan istiqrazların gəlirliliyi təxminən 1%, Ermənistanın 2025 və 2029-cu illərə olan istiqrazlarının gəlirliliyi isə müvafiq olaraq 4,5% və 3,5% azalıb.

 

Other news