“Azərbaycan Sənaye Korporasiyası” pambıq istehsalı prosesindən narazıdır

12:26 - 7.02.2018


7 fevral, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası” pambıq istehsalı prosesinin keyfiyyətindən və onun son istehlakçıya  çatdırılmasından  narazıdır.

“Azərbaycan Sənaye Korporasiyası”nın Baş Direktoru Kamran Nəbizadə bildirib ki, pambıqçılıq sahəsində  bir çox nöqsanlar mövcuddur və həm ölkə rəhbərliyi, həm də Korporasiyanın rəhbərliyi bu barədə məlumatlıdır.

“Keçən il, rayonlardan  asılı olaraq, 12 sentner, 17 sentner və 18 sentner məhsul yığılıb ki, bu da istehsalçı müəssisələrin aşağı gəlirliliyinin sübutudur. Bu səbəbdən, pambıq istehsalı ilə məşğul olan şirkətlər,  mövcud nöqsanları aradan qaldırmalı, xüsusilə,   satınalmalar və texnikadan istifadəyə  çəkilən xərclər daxil olmaqla, xərcləri optimallaşdırmalı, habelə bütün proseslərin şəffaflığını təmin etməlidirlər”, - K.Nəbizadə belə deyib.

 

 

Other news