Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirib

14:33 - 7.02.2018


7 fevral, Fineko/abc.az. Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirib.

Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, təlimlər 152 millimetrlik “DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə keçirilib.

“Təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib. Artilleriya birləşməsi qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirməklə müəyyən edilmiş hədəfləri dərhal məhv edib”, - məlumatda belə deyilir.

Təlimlərə cəlb edilən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

 

Other news