Üç rayonda bərpa olunan enerji stansiyaları tikiləcək – Müqavilə artıq imzalanıb

12:04 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. Abşeron, Xızı və Qaradağ rayonlarında ayrılmış ərazilərdə bərpa olunan enerji stansiyalarının tikintisinə başlanacaq.

ABC.AZ xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov bildirib. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı İcra müqavilələrinin imzalanmasını xatırladan nazir qeyd edib ki, külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar, təxminən, 400 mln. ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək.

"Bu da ölkəmizdə bərpa olunan enerji sahəsində bir ilk, digər layihələrə investorların cəlbi üçün nümunə olacaq" deyə P. Şahbazob qeyd edib.

 

Other news