Doqquz ayda Azərbaycan xaricdən bu qədər düyü idxal edib – Hesabat

12:20 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın idxal etdiyi düyünün həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycana 31,7 milyon ABŞ dolları dəyərində 45,8 min ton düyü idxal edilib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,7 milyon dollar (5,7%) və 9,9 min ton (27,7%) çoxdur. Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,4%-ni təşkil edib.

 

Other news