Ət idxalı 10 faiz azalıb – 9 ayın göstəriciləri

12:33 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Azərbaycan xaricdən hazır ət idxalını azaldıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 60,4 milyon ABŞ dolları dəyərində 33,6 min ton ət idxal edib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 min ton, yəni 10% azalma deməkdir. Sözügedən dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,8%-ni təşkil edib.

 

Other news