Zəngilan şəhərinin işğaldan azad olunması iqtisadi inkişafa dəstək verəcək – Departament rəhbəri

15:12 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə işğaldan azad olunan Zəngilanın bəzi iqtisadi potensialı ilə bağlı maraqlı göstəricilər açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Zəngilan şəhərinin işğaldan azad olunması Azərbaycanda iqtisadi inkişafa dəstək verəcək: "İqtisadiyyatda tikinti sektorunun drayver roluna malik olduğunu nəzərə aldıqda, daxili tələbin qarşılanmasında Zəngilan rayon təbii sərvətləri əhəmiyyətli rol oynayacaq. Bundan əlavə, son illər mineral resurslarımızın ixracı qeyri-neft sektorunda lider mövqelərdə təmsil olunur. Belə ki, qızıl ixracı həyata keçirən dövlət şirkətinin ixracı aylıq ortalama 10-18 milyon ABŞ dolları arasında dəyişir. Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaq".

Müəllif: Elmir Murad

 

Other news