Ən çox və ən az idxal əməliyyatları bu aylarda olub - Siyahı

11:45 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanda ən çox idxal əməliyyatları sentyabrda aparılıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi sentyabrda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb.

Belə ki, sentyabrda idxal əməliyyatlarının dəyəri 1 milyard 132,4 milyon ABŞ dolları təşkil etdiyi halda yanvarda 721 milyon dollar olub.

Qeyd edək ki, cari ilin 9 ayında ölkədə idxalın dəyəri 7 milyard 823,4 milyon dollar təşkil etmişdi.

 

 

Other news