Bakıda Azercell Telecom şirkətinin səsli zəng xidməti müvəqqəti dayandırılıb

16:31 - 11.10.2017


Azercell Telecom şirkəti öz abunəçilərinə müraciət edib.

Şirkətin məlumatında deyildiyi kimi, hal-hazırda Bakıda 3G şəbəkəsinin səsli zənglər xidmətində problemlər müşahidə olunur.

“Bununla bağlı, abunəçilərə səsli zənglər üçün 2G şəbəkəsindən istifadə etmək tövsiyə edilir. 3G və 4G şəbəkələrində mobil internet xidməti tam gücü ilə işləyir. Ən yaxın saatlarda səs xidmətləri də bərpa ediləcək”, - məlumatda belə deyilir.

Other news