Xəstələrin sayı yenə artdı – 803 yoluxma, 8 ölü

15:20 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. Azərbaycanda koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, 212 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 48221 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 40831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib, aktiv xəstə sayı 6734 nəfərdir.

 

Other news