Qızılın qiyməti 28 faizə yaxın bahalaşacaq – Dünya Bankından proqnoz

16:17 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. Bu il qızılın qiyməti 27,5 faiz artacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının yaydığı məlumatda qeyd olunub.

Bankdan bildirilib ki, metal və mineral qiymətləri indeksi bu il ötən ilə görə 1,1 faiz azalacaq. Qiymətli metalların qiymət indeksinin isə 27,3 faiz artacağı proqnozlaşdırılır. Qızılın unsiya qiymətinin keçən ilə nisbətən cari ildə 27,5 faiz artacağı və 2021-ci ildə 2 faiz azalacağı gözlənilir.

 

Other news