Azərbaycana dəniz məhsullarının ən çox gətirildiyi ölkələr – Siyahı

17:03 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycana 11,979 mln. ABŞ dolları dəyərində 5 095,49 ton dəniz məhsulları idxal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk səkkiz ayında ölkəyə 68 kateqoriya üzrə idxal olunan dəniz məhsullarından ən çox dondurulmuş şimal və cənub putassusu olub – 2,382 mln. dollar dəyərində 999,77 ton.

Bu növ balıqlar əsasən Yeni Zelandiyadan idxal olunub. Ümumiyyətlə, hesabat dövründə təkcə bu ölkədən Azərbaycana 1 721,43 mln. dollar dəyərində 688,57 ton dondurulmuş putassu gətirilib.

Dəniz məhsullarının idxalına görə ikinci yeri şirin suda yaşayan dondurulmuş balıq və nərələr tutub – 705,89 ton. Bu balıq növləri ölkəyə Rusiyadan gətirilib.

İdxal edilən dəniz məhsullarının üçüncü yerində əsasən İslandiyadan idxal olunan dondurulmuş skumbriya qərarlaşıb – 593,16 ton.

 

Other news