Xarici valyutaya artan tələbatı ödəmək üçün xərclənən vəsaitlər Azərbaycanda nəyə səbəb ola bilər? – Agentlikdən açıqlama

11:34 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı ilə bağlı hesabat tipli proqnoz açıqlayıb.

ABC.AZ sözügedən hesabata istinadən xəbər verir ki, agentlik Azərbaycan əhalisinin əmanətlərini xarici valyutaya çevirməsi və dollar depozitlərinin çıxarılmasının sürətlənməsi baş verdiyi halda, bank sektorundakı xarici valyuta likvidliyinin qısa müddət ərzində sərtləşə biləcəyini proqnozlaşdırır.

Qeyd olunub ki, belə olacağı halda bu, xarici valyutaya artan tələbatı ödəmək üçün xərclənən vəsaitlər xarici ehtiyatların azalacağına və xarici balansın zəifləməsinə gətirib çıxara bilər.

 

Other news