İlham Əliyev: Azərbaycanda iqtisadi islahatlar davam edəcək

17:19 - 8.02.2018


8 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Yeni Azərbaycan” iqtidar partiyasının qurultayında çıxış etdi.

Dövlət başçısı bildirib ki, Azərbaycanda iqtisadi islahatlar davam edəcək.

“İqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaqdır və belə siyasət artıq öz nəticələrini göstərir”, - prezident belə deyib.

Onun sözlərinə görə, 2017-ci ildə qeyri-neft  sektoru 2,7%, sənayedə qeyri-neft sektorunun artımı 3,7%, kənd təsərrüfatı 4,1%, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır. 2018-ci ilin yanvar ayında ölkənin ÜDM 2%, qeyri-neft iqtisadiyyatı təxminən 4%, sənaye istehsalı 1,5%, qeyri-neft sənayesi istehsalı 8,7% artıb. Yanvar ayında inflyasiya 5,5% təşkil etmiş, əhalinin gəlirləri isə 11% artmışdır. Valyuta ehtiyatları 2 milyard dollar artaraq 44 milyard dollar təşkil edib.

“Mən əminəm ki, 2018-ci il sürətli inkişaf ili olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcək”, - dövlət başçısı belə deyib.

 

Other news