Çay idxalı artıb – Hesabat

17:21 - 30.10.2020


30 oktyabr, Fineko/abc.az. Bu ilin 9 ayında ölkəyə 10,3 min ton çay idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə idxal edilən çayın dəyəri 42,2 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin analoji dövründə dəyəri 38,6 milyon dollar olmaqla 9,8 min ton çay idxal edilib.

Müəllif: Elmir Murad

 

Other news