Bakıda mənzillər bahalaşıb? – Ekspertdən açıqlama

12:33 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. 2020-ci ilin sentyabrında Bakıda təkrar mənzil bazarında qiymətlər ötən ilin sentyabrı ilə müqayisədə 1,81 faiz artıb.

ABC.AZ Trend-a istinadən xəbər verir ki, bunu daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Sentyabr ayında təkrar mənzil bazarında bir kvadrat metrin qiyməti 1 739 manat təşkil edib. İlkin mənzil bazarında isə qiymətlər ötən ilin sentyabrı ilə müqayisədə 1,28 faiz azalaraq kvadrat metr üçün 1 316 manat təşkil edib.

 

Other news