Azərbaycan Çinə şərabçılıq məhsullarının ixracını ikiqat artırdı

17:06 - 13.02.2018


13 fevral, Fineko/abc.az.  Azərbaycan ixrac dövriyyəsini artırmağa davam edir.
İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, yalnız 2017-ci ildə ölkə, 6 milyon dollar həcmində şərabçılıq məhsulları ixrac edib.
“Çinə 1 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da 2016-cı ilin göstəricisindən 2 dəfə çoxdur”, - deyə nazir bildirib.

Other news