İran bölgədə gərginliyi azaldan hər bir səyi müsbət qarşılayır – Həsən Ruhani

17:10 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. “İran iki qonşusu - Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoyulmasına və diplomatik həll prosesinin başlanmasına sevinir”.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Ümid edirəm ki, iki ölkə öz ixtilaflarını sülh şəraitində və beynəlxalq hüquq çərçivəsində həll edəcək”, - deyə İran Prezidenti bildirib.

H. Ruhaninin sözlərinə görə, İran bölgədə gərginliyi azaldan, davamlı və ədalətli sülh və təhlükəsizliyi bərpa edən hər bir səyi müsbət qarşılayır: “İran sülh yaratmaq və atəşkəs əldə etmək məqsədlə plan hazırladı və münaqişə tərəfləri və digər ölkələrlə sıx müzakirələr apardı. İran İslam Respublikasının xarici siyasəti həmişə yaxşı qonşuluq və dinc yaşayış prinsipinə əsaslanıb. Dost və qonşu ölkələrlə ticari-iqtisadi əlaqələrimizi hər gün inkişaf etdirmək və bölgənin iqtisadi inkişafını təmin etmək bizim xarici siyasətimizin əsaslarındandır. Bu sahədə dost ölkələrdən olan təşəbbüsləri də alqışlayırıq”.

 

Other news