Büdcəyə ƏDV daxilolmaları da azalıb – 8 faizə yaxın

12:16 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi bu ilin yanvar-oktyabr ayları ərzində bəzi göstəricilərlə bağlı statistik məlumatları açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə ƏDV üzrə daxilolmalar 7,4% azalaraq 2 milyard 298 milyon 322,1 min manata bərabər olub. Aksizlər üzrə cari ilin 10 ayı ərzində daxilolmalar 46,9% azalaraq 115 milyon 277,1 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 30 milyon 345,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 17,1% azdır.

Müəllif: Elmir Murad

 

Other news