Daha 18 nəfər vəfat etdi, 1395 yeni yoluxma – Koronavirus durmaq bilmir

16:51 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 1395 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, son sutkada 18 nəfər COVID-19-dan vəfat edib.

Bununla yanaşı 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qeyd edək ki, dünən bazar günü olduğu üçün test sayı azalaraq 7137 olub.

 

Other news