Ötən ay da ictimai iaşə xidmətlərində azalma olub – Hesabat

10:36 - 18.11.2020


18 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi ictimai iaşə xidmətləri ilə bağlı bəzi göstəriciləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, cari ilin oktyabr ayında ictimai iaşə dövriyyəsi ötən ilin oktyabr ayı ilə müqayisədə təxminən 2 dəfə azalaraq 76 mln. manat təşkil edib.

Kəskin azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması göstərilir.

 

Other news