On ayda istehsalı azalan və artan məhsullar – Siyahı

14:58 - 18.11.2020


18 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 18,3 faiz artım, içki istehsalında 9 faiz, qida məhsullarının istehsalında isə 1,3 faiz azalıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, azalan təkcə sadalananlar olmayıb.

Belə ki, sözügedən dövrdə kolbasa məmulatları 36,9 faiz, marqarin istehsalı 10,8 faiz, kərə yağı istehsalı 1,9 faiz, duru bitki yağlarının istehsalı 0,8 faiz artıb, qənd və şəkər tozunun istehsalı isə 21,7 faiz azalıb.

Müəllif: Elmir Murad

 

Other news