Daha bir qazma şirkəti yaradılıb – Artıq dövlət qeydiyyatına alınıb

10:35 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Oil Rocks Drilling Company” MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, yeni şirkət qazma fəaliyyəti ilə məşğul olacaq.

Kommersiya qurumu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 73-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 10 000 manat, qanuni təmsilçisi isə Əliş Ramiz oğlu Həsənovdur.

O, həm də SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiridir.

 

Other news