Türkiyədən Azərbaycana dəri məmulatları ixracı azalıb – 20 faizdən çox

17:35 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 20,83 faiz azalaraq 12,185 milyon dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabata əsasən, oktyabr ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin avqustu ilə müqayisədə 4,66 faiz azalıb və 1,9 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz azalaraq 1,119 milyard dollar təşkil edib.

 

Other news