Ölkəyə daxil olan pul baratları azalıb – 152 milyon dollardan çox

17:37 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. İlkin rəqəmlərə əsasən 2020-ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 641 milyon ABŞ dolları olub.

ABC.AZ-ın məlumatına görə, bu, Mərkəzi Bankın Pul Siyasəti icmalında bildirilir.

2019-cu ilin 9 ayında ölkəyə daxil olan pul baratları 793.5 milyon ABŞ dolları təşkil etmişdi.

Beləliklə, 2019-cu ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 152,5 milyon dollar və ya 19,2% azalıb.

 

Other news