Azərbaycanın iqtisadiyyat naziri Gürcüstandan gələn nümayəndə heyəti ilə görüşüb

10:03 - 16.02.2018


16 fevral, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilənə əsasən, görüşdə iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri müzakirə olunub.

“Görüş zamanı Azərbaycan-Gürcüstan iqtisadi əlaqələri və əməkdaşlıq perspektivləri, həmçinin, qarşılıqlı maraq kəsb edən  məsələlər müzakirə edilib”, - məlumatda belə deyilir.

Görüşdə qeyd edilib ki, 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17%, ixrac 13% artıb.

 

Other news