Doqquz aydakı topdansatış ticarət dövriyyəsində ən çox pay düşən məhsullar - Siyahı

14:42 - 23.11.2020


23 noyabr, Fineko/abc.az. Bu ilin 9 ayında topdansatış ticarət dövriyyəsinin həcmi 18 milyard 228,7 milyon manata bərabər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalma deməkdir. Sözügedən dövrdə ticarət dövriyyəsinin 32,6 faizini ərzaq məhsulları, 10,7 faizini içkilər və tütün məmulatları, 11,8 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 9,2 faizini toxuculuq məhsulları, geyim və ayaqqabılar, 5,6 faizini avtomobil benzini və dizel yanacağı, 1,7 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 1,1 faizini elektrik malları və mebellər, 27,3 faizini isə digər qeyri-ərzaq malları təşkil edib.

 

Müəllif: Elmir Murad

Other news