Kəlbəcər rayonunun potensialından istifadə yeni inkişaf templərinə səbəb olacaq

11:06 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur.

ABC.AZ-ın məlumatına görə, Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq.

Ölkənin yeni qızıl yataqlarının istismara verilməsi gələcəkdə "sarı metal"ın hasilatını nəzərə alsaq, dünya bazarında qızılın qiymətinin qalxması, Azərbaycan üçün müsbət tendensiya olacaqdır. Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir və son illərdə dünya ölkələrinin hökümətləri valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq qızılın payını sürətlə artırırlar. Qeyri-neft sektorunda üç lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə etdikdən sonra daha da artacaq.

 

Other news