Əsrin müqaviləsinə 2017-ci ildə 1,6 milyard dollar sərmayə qoyulub

12:57 - 16.02.2018


16 fevral, Fineko/abc.az. 2017-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 215 milyon barreldən (29 milyon ton) çox  neft hasil olunub.

Yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətindən ötürülən məlumata əsasən, hesabat dövrü ərzində  Çıraq (51 000), Mərkəzi Azəri (137 000), Qərbi Azəri (124 000), Şərqi Azəri (82 000), Dərinsulu Günəşli (117 000) və Qərbi Çıraq (77 000) platformalarından birlikdə – gündə orta hesabla 585 000 barel təşkil etmişdir.

“İlin sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu və 54 qaz və su injektor quyusu istismarda olub.   İl ərzində AÇG-də 17 neft hasilat quyusu, 3 suvurma quyusu qazılmışdır”, - məlumatda belə deyilir.

Həmçinin qeyd edilir ki, 2017-ci ildə AÇG layihəsinə 456 milyon dollardan artıq əməliyyat məsrəfləri və təqribən 1,18 milyard dollar əsaslı məsrəflər xərclənmişdir.

AÇG yataqlar blokunun birgə işlənməsinə və pay bölgüsünə  dair müqavilə 20 sentyabr 1994-cü il tarixində  Bakıda imzalanıb. 14 sentyabr 2017-ci il tarixində Bakıda 2050-ci ilə qədər AÇG yataqlar blokunun işlənilməsinə dair yeni müqavilə imzalanmışdır. Yeni sazişə əsasən, pay bölügsü aşağıdakı kimidir: “BP” - 30,37%, “AzACG” (SOCAR) - 25,00%, “Chevron” -  9,57%, “Inpex” - 9,31%, “Statoil” - 7,27%, “ExxonMobil” - 6,79%, “TP” - 5,73%, “Itochu” - 3,65%, “ONGC VideshLtd” (OVL) -  2,31%.

 

 

Other news