Azərbaycanla ticarət dövriyyəsi artan və azalan ölkələr – Siyahı

15:58 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, Tunis və İran olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 milyard 591,6 milyon min ABŞ dolları, Tunislə 296,2 milyon dollar, İranla isə 274 milyon dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın 2019-cu ilin müvafiq dövrünə nisbətən Tunislə ticarət dövriyyəsi artıb, Türkiyə və İran ilə azalıb.

Müəllif: Elmir Murad

 

Other news