Paşinyandan etiraf - Ölkədə vəziyyət gərgindir

10:27 - 27.11.2020


27 noyabr, Fineko/abc.az. Ermənistanın baş naziri Nikol Paşinyan qubernatorların iştirakı ilə iclas keçirib.

ABC.AZ xəbər verir ki, Paşinyan ölkə daxilində vəziyyətin gərgin qiymətləndirib.

O qeyd edib ki, sabitlik çox vacib və strateji məsələdir.

"Xarici və daxili təhlükəsizliyi, eyni zamanda sabitliyi təmin etmək ölkənin həll etməli olduğu ən böyük problemdir. İmzalanmış üçtərəfli bəyanatın icrası əlbətdə bizim üçün çox ağrılıdır. Lakin, qərarın alternativi bizim üçün daha ağrılı ola biləcəyi bir vəziyyətdə biz bunu qəbul etdik”, - deyə Paşiniyan bildirib.

 

Other news