Son bir ildə ölkədə bank işçilərinin sayında azalma olub

15:46 - 27.11.2020


27 noyabr, Fineko/abc.az. Cari ilin sentybar ayında bank sektorunda çalışan işçilərin sayı 18 555 nəfər, oktyabr ayında isə 18 536 nəfərə azalıb, bunula da son bir ayda 19 nəfər bank işçisi azalıb.

Bu barədə ABC.AZ  Mərkəzi Bankın açıqladığı rəqəmlərə istinadən xəbər verir.

Qeyd olunur ki, 2019-cu ilin sonunda Azərbaycanın bank sektorunda 19 460 nəfər çalışırdı. 2020-ci ilin  əvvəlindən oktyabrın sonunda bank sektorunun işçiləri 924 nəfər azalıb.

 

Other news