Azərbaycanın ticarət dövriyyəsi ən çox bu ispandilli ölkələrlə olub – Siyahı

16:37 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın İspaniya ilə ticarət dövriyyəsi 398,1 milyon ABŞ dolları, Meksika ilə 43,7 milyon dollar, Ekvadorla isə 33,1 milyon dollar təşkil edib.

2019-cu ilin müvafiq dövrünə nisbətən İspaniya və Meksika ilə ticarət dövriyyəsi azalıb, Ekvadorla artıb.

Müəllif: Elmir Murad

 

Other news