Koronavirus xəstəsinə cinayət işi açıldı - Qaydaları pozub

10:20 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. Qazax rayon sakini 1996-cı il təvəllüdlü Mustafayev Kənan Xəlil  oğlu “COVİD-19” testinin nəticəsinin pozitiv olmasını bilə-bilə 30.11.2020-ci il tarixdə mağazaya gedərək rayon sakinləri ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub.

Qazax rayon prokurorluğundan ABC.AZ-a daxil olan  məlumata görə, faktla bağlı cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Qazax rayon Polis Şöbəsinə göndərilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Other news