Şəhid ailələri və əlilliyi olan şəxslər üçün təqaüdün məbləği – Siyahı

16:16 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb.

ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi statusu almış hərbçilər üçün psixoloji və maddi güzəştlərin tətbiqi nəzərdə tutulur.

"Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq. Şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat müəyyən edilib" deyə Nazirlikdən vurğulanıb.

 

Other news