Banklara dollarla qoyulan əmanətlər azalıb – Hesabat

17:07 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. Bu il noyabrın 1-nə fiziki şəxslərin Azərbaycandakı kommersiya banklarında yerləşdirilmiş əmanətlərinin həcmi 7 milyard 870,3 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözgedən dövrdəki vəziyyətə görə, Azərbaycanda fiziki şəxslərin bank əmanətlərində dollarlaşma səviyyəsi 53% təşkil edib.

Əhalinin bank əmanətlərində dollarlaşma aylıq müqayisədə 0,8 faiz bəndi, illik müqayisədə isə 2,4 faiz bəndi azalıb.

Müəllif: Elmir Murad

 

Other news