On ayda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb – Siyahı

14:35 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. “İxrac İcmalı”nın noyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi təqdim edilib.

ABC.AZ-ın məlumatına görə, bu ilin yanvar-oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Land Lojistic" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Sun Food" MMC, "Global Trade Group" MMC, "Fruit Store" MMC, "Baku Steel Company", “Aqrovest” MMC və "Fruit City Group" MMC qərarlaşıb.

Müəllif: Elmir Murad

Other news