İqtisadiyyat nazirinin İordaniyaya və Misirə səfəri başlandı

12:09 - 19.02.2018


19 fevral, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev 19-22  fevral tarixlərində İordaniya və Misirdə səfərdə olacaq.

İqtisadiyyat Nazirliyinin məlumatında deyildiyi kimi, fevralın 19-20-də Əmmanda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, fevralın 21-22-də isə Qahirədə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək.

“Səfər çərçivəsində, nazirin İordaniya və Misir rəsmiləri ilə görüşləri nəzərdə tutulur”, - nazirlikdən belə xəbər verildi.

 

Other news