Qarabağdakı hadisələr banklardakı depozitləri azaltmayacaq – Azərbaycanla bağlı müsbət proqnoz

11:35 - 3.12.2020


3 dekabr, Fineko/abc.az. “Fitch” beynəlxalq reytinq agentliyi Cənubi Qafqazın 3 ölkəsi barədə proqnoz verib.

ABC.AZ-ın məlumatına görə, agentlik Azərbaycan, Ermənistan və Gürcüstanda məhdud mülkiyyət səbəbindən hökumət və strateji xarici səhmdarların bank sektoruna dəstəyinin təsirinin orta səviyyədə olduğunu açıqlayıb.

Agentlik mütəxəssisləri qeyd edib ki, ötən illə müqayisədə bu ilin 9 ayında Azərbaycanda depozitlərin həcmi 12 % artıb və oktyabrın əvvəlində Qarabağda baş verənlər depozitlərin azalmasına səbəb olmayacaq.

Müəllif: Elmir Murad

Other news