Dağlıq Qarabağ münaqişəsində yeni era başlayıb – Ərdoğan

10:14 - 4.12.2020


4 dekabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefonla danışıb.

ABC.AZ-ın məlumatına görə, tərəflər danışıqlar zamanı regional hadisələri müzakirə edib.

Ərdoğan və Ruhani həmçinin Dağlıq Qarabağda yaranmış vəziyyəti də müzakirə ediblər. Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində yeni era başlayıb.

"Möhkəm sülhün və sabitliyin qurulması yeni imkanlar açacaq, regionun bütün ölkələrinə xeyir gətirəcək" deyə Ərdoğan bildirib.

 

Other news