"Qaradağ Tikinti Quraşdırma" ASC yenidən təşkil olunur

11:04 - 7.12.2020


7 dekabr, Fıneko/ abc.az. Azərbaycanın aparıcı sənaye müəssisəsi "Qaradağ Tikinti Quraşdırma" ASC ayrılma yolu ilə yenidən təşkil olunur.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat verilib.

Məlumata görə, sözügedən prosedur nəticəsində "Invest ın Property" MMC yaradılır.

Qeyd edək ki, “Qaradağ Tikinti Materialları” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 957 474 manatdır.

 

Other news