Bir qrup şəhid ailəsi üzvləri özünüməşğulluq proqramına cəlb edilib - Foto

12:02 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərindən bir qrupunu və müharibə iştirakçısını bu gün də özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edib.

ABC.AZ-ın məlumatına görə, Gəncə şəhərində və Göygöl rayonunda şəhid Tunar Əliyevin atası Qoşqar Əliyev, şəhid Sabir Yusubovun həyat yoldaşı Aliyə Yusubova, şəhid Saleh Mustafazadənin atası Qənimət Mustafayev, şəhid Cavid Əliyevin atası Samir Əliyev və Vətən müharibəsinin qazisi Samir Əliyev üçün kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfatlar yaradılıb.

 


Other news