SOCAR-ın İsveçrədəki YDM-lərinin sayı artdı – 200 oldu

14:37 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. "SOCAR Energy" şirkəti İsveçrədəki  yanacaqdoldurma məntəqələrinin sayını daha da artırıb.

ABC.AZ xəbər verir ki, bu barədə "SOCAR Energy"-dən bildirilib.

Məlumata görə, şirkət daha 3 YDM açaraq onların sayını 200-ə çatdırıb.

Qeyd edək ki, "SOCAR Energy Switzerland" İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur.

Müəllif: Elmir Murad

Other news