BakuBus 2 milyon 888,5 min manata ehtiyat hissələri alır – Müqavilə imzalandı

11:04 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyinə məxsus "BakuBus" MMC balansında olan "İveco" markalı avtobusların istismarı üçün ehtiyat hissələri alır.

ABC.AZ-ın məlumatına görə, şirkət artıq tələb olunan ehtiyat hissələrin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi "Az-Tex-İmport" MMC-i olub.

"BakuBus" qalib şirkətlə 2 milyon 888,5 min manatlıq müqavilə imzalayıb.

Müəllif: Elmir Murad

 

Other news