Bakıda YDM-lərdə QR-kod tətbiq olunacaq – Gələn həftədən

10:57 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. Gələn həftədən Bakıda fəaliyyət göstərən SOCAR yanacaqdoldurma məntəqələrində "E-Pul" tətbiqi vasitəsilə QR-kodla ödəniş xidməti tətbiq olunacaq.

ABC.AZ-ın məlumatına görə, bu xidmət artıq "Lukoil" yanacaqdoldurma məntəqələrində tətbiq olunub, xidmətin əhatə dairəsini genişləndirmək məqsədilə "Azpetrol"la danışıqlar aparılır: "Xidmət yeni olduğundan hazırda "Lukoil" şəbəkəsi üzrə QR ödənişlərin ümumi dövriyyədəki payı 0,3% təşkil edir. İstifadəçi təcrübəsinin olmadığını nəzərə alsaq, demək olar ki, bu, müsbət haldır".

 

Other news