Naxçıvan daimi qazla təmin olunacaq – Yeni müqavilə

10:29 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Bundan sonra Naxçıvan fasiləsiz təbii qazla təmin olunacaq.

ABC.AZ-ın məlumatına görə, bunun üçün Azərbaycanla Türkiyə arasında yeni memorandum imzalanacaq.

Bu məqsədlə bu gün hər iki ölkənin energetika naziri bir araya gələcək. Naxçıvanın təbii qaz ehtiyacı Iğdır-Naxçıvan təbii qaz kəməri vasitəsilə təmin ediləcək.

Layihənin icrası BOTAŞ və SOCAR-a həvalə olunacaq.

 

Other news