SOCAR Construction nizamnamə kapitalını kəskin azaltdı

16:12 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. "SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalı 8 milyon 972 min 311 manat məbləğinə düşüb. manat azaldıb.

ABC.AZ-ın məlumatına görə, şirkət nizamnamə kapitalını 11 milyon 628 min 589 manat azaltdıqdan sonra məbləğ belə olub.

Qeyd edək ki, şirkətin nizamnamə kapitalı bundan əvvəl 20 milyon 600 min 900  manat məbləğ idi.

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.

 

Other news