Şahin Mustafayev İrana gedəcək - Detallar

14:24 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. Baş nazirin müavini Şahin Mustafayev Tehrana səfər edəcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə  açıqlamasında İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, Ş. Mustafayevin səfərin dekabr ayının 23-də baş tutacaq.

S. Xətibzadə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə hər iki tərəfin müştərək obyektləri mövcuddur: “Bu infrastrukturlarda ikitərəfli əməkdaşlıq üçün razılaşmalar var. Səfər çərçivəsində su bəndləri, eləcə də nəqliyyat və tranzit sahələri ilə bağlı danışıqlar aparılacaq”.

 

Other news