330x110
 

“AccessBank” sahibkarlara dəstək olmaqda davam edir

21.12.2020,17:15


21 dekabr, Fineko/abc.az.  Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank” ölkədə karantin rejimi səbəbindən iqtisadiyyatın sürətinin nisbətən azalmasını nəzərə alaraq, sahibkarlara maliyyə yüklərini yüngülləşdirərək əlavə imkanlar yaradır.

“AccessBank” 10.000 AZN-dən-100.000 AZN-dək kredit əldə edəcək sahibkarlara 31 mart 2021-ci il tarixinədək xüsusi şərtlər təklif edir:

  • Kredit müddətinin 60 ayacan uzadılması
  • İlk 3 ay ərzində kredit faizinin 12%-ə endirilməsi
  • 3 ay ərzində kredit ödəniş tətilinin elan olunması
  • əsas borcun ödənilməsi üçün güzəşt müddətinin verilməsi 

 

Təklif olunan şərtlər fəaliyyəti karantin rejimi səbəbindən məhdudlaşdırılmayan bizneslərə şamil edilmir. 

Sahibkarlar üçün nəzərdə tutulmuş kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə, və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yaza bilərsiniz. Banka gəlmədən kredit üçün müraciət edə bilərsiniz:

https://accessbank.az/az/micro/

 

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Hazırda “AccessBank” tikinti, nəqliyyat, kənd təsərrüfatı, tibb kimi müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.

 

Keywords: Accessbank